Avstraliya bir sıra Rusiya banklarına qarşı sanksiyalar tətbiq edib

17:25 - 19.05.2023


19 may, Fineko/abc.az. Avstraliya bir sıra Rusiya bank və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Sanksiya tətbiq edilən banklara "Sankt-Peterburq"; Uralsib; ZENIT; MTS Bank; UBRiR daxildir.

Siyahıya həmçinin  Rosfinmonitorinq; "Rosneft"; "Plyus"; Severstal daxil edilib.