İki milyarder Yandex-in nəzarət paketini 7 mlrd. dollara almaq istəyir

16:59 - 19.05.2023


19 may, Fineko/abc.az. Yandex şirkətin nəzarət paketini 7 milyard dollara almaq təklifi alıb. Onların sözlərinə görə, söhbət rusiyalı milyarderlər Vladimir Potanin və Vahid Ələkbərovdan gedir.

ABC.AZ Bloomberg agentliyinə istinadla xəbər verir ki, “Yandex”in idarə heyəti bu təklifi gələn həftə Dubayda keçiriləcək iclas zaman müzakirə etməyə hazırlaşır.

Təxminən 560-600 milyard rubl dəyərində qiymətləndirilən Yandex-in Rusiya biznesinin ən azı 51% səhmlərinin alınması nəzərdən keçirilir.

Yandex Hollandiyada qeydiyyatdan keçdiyi üçün təklifə Rusiyanı tərk etməyi planlaşdıran xarici şirkətlər üçün 50% endirim daxildir.