12:36 - 18.05.2023
18 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, mayın 18-də keçirilən valyuta hərracında bankların tələbi 19,2 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 7,1 milyon dollar və ya 27% azdır.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.
Mayın 16-da valyuta hərracında Mərkəzi Bank banklara 26,3 milyon dollar satıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026