11:51 - 16.05.2023
16 may, Fineko/abc.az. Latviya Qarabağdakı bərpa proseslərində iştirakda maraqlıdır.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyindəki mənbədən məlumat verilib.
XİN-dən verilən məlumata görə, Latviya səfirliyi ölkənin şirkətlərini Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərindəki yenidənqurma prosesləri, xüsusən yaşıl enereji zonalarının yaradılması, su təchizatının və tullantıların idarə olunması, infrastruktur layihələri, binaların layihələndirilməsi, həmçinin tarixi və mədəniyyət abidələrinin restavrasiyası barədə məlumatlandırmağa davam edir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026