10:37 - 16.05.2023
16 may, Fineko/abc.az. Bakıda keçirilən ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunları üzrə Belarus və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Belarus hökumətinin mətbuat xidməti xəbər verir. Məlumatda qeyd edilib ki, sənədlərin əksəriyyəti istehsal sektorunda əməkdaşlığa aiddir.
"Mogilevliftmaş" (Belarus) və "Ulu Göyçə" (Azərbaycan) arasında 2023-2024-cü illər üçün Azərbaycanda liftlərin yığılması zavodunun yaradılması üzrə "yol xəritəsi" imzalanıb.
Belarusun avtomobil istehsalçısı MAZ və Azərbaycanın "Turan" şirkəti arasında MAZ məhsullarının Azərbaycan bazarında təşviqini və ona texniki xidmət göstərilməsini nəzərdə tutan diler müqaviləsi bağlanıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026