16:09 - 10.05.2023
10 may, Fineko/abc.az.“Rabitəbank” ASC və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB (AJN) və Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə elan edir. Jurnalistika fakültəsində oxuyan tələbələr məqalələrini 10 may tarixindən başlayaraq, 5 iyuna qədər müsabiqəyə təqdim edə bilərlər. Nəticələr 15 İyun Milli Qurtuluş Günündə açıqlanacaq.
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Müstəqil dövlətçiliyimizin yox olmaq təhlükəsi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə qayıdışı ilə aradan qalxıb. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. 15 iyun – Milli Qurtuluş Gününün təntənəsi bu gün də özünü büruzə verir, müstəqil respublikamızın davamlı inkişafını təmin edir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. “Xilaskar” adlı esse müsabiqəsinin əsas mövzusu da məhz Milli Qurtuluş Gününə və onun nəticələrinə həsr olunub.
Müsabiqənin şərtləri:
Yazılar aşağıdakı tələblərə cavab verməlidir:
Qeyd edək ki, yazılar peşəkarlardan ibarət müsabiqə komissiyası tərəfindən yoxlanılacaq. Müsabiqədə ilk 3 yerin qalibinə pul mükafatı, növbəti 10 yer üçün xüsusi diplom və simvolik hədiyyələr təqdim olunacaq.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026