Bu Bankın müştərilərə verdiyi kreditlər azalaraq 8 milyon 448 min manata düşüb

10:29 - 8.05.2023


8 may, Fineko/abc.az. “Bank Melli İran”ın Azərbaycandakı filialı 2023-cü ilin ilk rübündə Bankın aktivləri ötən rübün sonu ilə müqayisədə 5 milyon 732 min manat artıb.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə Bankın aktivləri 102 milyon 352 min manata yüksəlib.

Bu artımın əsas səbəbi bankın digər aktivlərinin ötən ilin sonu ilə müqayisədə 337 min manat artaraq 765 min manata yüksəlməsidir.

Bankın müştərilərinə verdiyi kreditlər 2022-ci ilin sonu ilə müqayisədə 1 milyon 18 min manat azalaraq 8 milyon 448 min manata düşüb.

Bankın depozit portfelinin artması öhdəliklər cəmini 5 milyon 111 min manat artıraraq 64 milyon 445 min manata yüksəldib. Bankın sözügedən portfeli isə 3 milyon 601 min manat artaraqq 12 milyon 505 min manat olub.

Yığılmış zərərini 621 min manat azaldaraq 35 milyon 906 min manata endirdiyi üçün bankın cəmi kapitalı da 621 min manat artaraq 37 milyon 906 min manata yüksəlib.