Almaniyada fabrik sifarişləri xeyli azalıb

15:21 - 5.05.2023


5 may, Fineko/abc.az. Almaniyanın Federal Statistika İdarəsi (Destatis) mart ayı üçün zavod sifarişləri ilə bağlı müvəqqəti məlumatları açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada fabrik sifarişləri, zəifləyən qlobal iqtisadiyyat səbəbi ilə 10,7% azalıb.

İqtisadçılqrın gözləntisi azalmanın 2,2% olacağı idi.

Almaniyada mart ayında ümumi daxili sifarişlər aylıq bazda 6,8%, xarici sifarişlər isə 13,3% azalıb.

Sözügedən dövrdə Avrozonadan yeni sifarişlər fevral ayı ilə müqayisədə 10,8%, digər ölkələrdən Almaniyaya sifarişlər isə 14,8% azalıb.