Bu Bank da faiz dərəcələrini artırdı

17:03 - 4.05.2023


4 may, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini 0,25 faiz bəndi artırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Bank depozit dərəcəsini 3,25%-ə yüksəldib. Məlumata görə, pul siyasəti dərəcəsini isə 3,50%-dən 3,75%-ə yüksəldilib. Kreditləşmə dərəcəsi 4%-ə yüksəldilib.

İqtisadçıların gözləntiləri faiz dərəcələrinin 0,25 bənd artırılacağı idi.

Qeyd edək ki, dünən ABŞ Mərkəzi Bankı (FED) də faizini 0,25 bənd artıraraq 5% -5.25% aralığına çatdırıb.