17:32 - 3.05.2023
3 may, Fineko/abc.az. 4 may tarixində Albaniyanın Tirana şəhərində Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun ilk iclası keçiriləcək.
ABC.AZ xəbər verir ki, iclas zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticari-iqtisadi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə, mədəniyyət, turizm və digər sahələr üzrə müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Albaniya Avropanın Ukrayna və Moldovadan sonra ən kasıb ölkəsi sayılır. 2 milyon 877 min əhalisi olan ölkədə adambaşına düşən ÜDM həcmi 12 484 dollar, orta aylıq əmək haqqı isə 461 dollar təşkil edir. Müqayisə üçün bildirək ki, Azərbaycanda orta aylıq əmək haqqı 488 dollar çatır.
3 Avqust 2026
4 Avqust 2026