Bu hal inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir - Mərkəzi Bank

11:25 - 3.05.2023


3 may, Fineko/abc.az. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumatda qeyd edilib ki, əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin əlverişli qalması və qeyri neft-qaz ixracının artımı cari əməliyyatlar hesabının ilin sonuna da profisitli olacağını gözləməyə əsas verir.

"Bu özünü valyuta bazarında da göstərir. Belə ki, 2023-cü ilin 4 ayında valyuta hərraclarının 97%-də təklif tələbi üstələmişdir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici amillərinə azaldıcı təsir edir. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 4 ayında 4.8% möhkəmlənmişdir. Bununla bərabər, monetar şəraitə dair qəbul edilmiş qərarlar da inflyasiyanın tələb amillərini məhdudlaşdırır" - deyə Mərkəzi Bankın məlumatında qeyd edilir.

Müəllif: Elmir Murad