10:06 - 28.04.2023
28 aprel, Fineko/abc.az. Milyarder Mark Zukerberqin sərvəti aprelin 27-də 10.1 milyard dollar artıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Forbes”də məlumat dərc edilib.
Belə ki, Zukerberqin rəbərlik etdiyi “Meta” şirkəti birinci rübdə yüksək satışları ilə investorları təəccübləndirib. İT nəhənginin səhmləri demək olar ki, 14% artım nümayiş etdirib.
Aprelin 27-də birja ticarətinin bağlanışında səhmlər 238.56 dollara satılıb. “Forbes Real-Time”in məlumatına görə, Zukerberqin sərvəti 84.9 milyard dollara yüksəlib. Dünya milyarderləri siyahısında “Facebook”un yaradıcısı hazırda 14-cü pillədədir.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026