14:01 - 27.04.2023
27 aprel, Fineko/abc.az. “Günay Bank” 2023-cü ildə də aktivlərini itirməkdə davam edir. Bankın kredit portfelinin böyük hissəsi isə qaytarılmır və uzun müddətdən bəri hərəkətsizdir.
ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin 1-ci rübündə “Günay Bank”ın aktivləri daha 7 milyon manat azalaraq ilin əvvəlindəki 281 milyon manatdan 274 milyon manata düşüb.
Bu azalma özünü bankın nağd vəsaitlərində və başqa banklara verilən kreditlərdə göstərib.
Nağd vəsaitlər və banklara verilən kreditlər hər birində 5 milyon manat azalıb.
Əvəzində 1-ci rübdə bankın kreditləri 2 milyon manat artaraq 200 milyon manatı keçib.
Kreditlərin 114 milyon manatı biznesə, 3,9 milyon manatı istehlak kreditlərinə, təqribən 83 milyon manat isə daşınmaz əmlak sektoruna ayrılıb.
Amma bu kredit portfelinin formal göstəricisidir. Reallıqda isə kreit portfelinin yarıdan çoxu – 116 milyon manatı faktiki olaraq işləmir – uzun illərdir ki, qaytarılmır. Nəticədə hazırda “Günaybank”ın kredit portfelinin yalnız 86 milyon manatı işləyir.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026