15:50 - 11.04.2023
11 aprel, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinə müavin təyin olunub.
ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.
Qeyd edək ki, Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Vahid oğlu Nəcəflidir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026