12:39 - 11.04.2023
11 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
AMB-nin məlumatına görə, aprelin 11-də keçirilən valyuta hərracında bankların tələbi 27,3 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 2,3 milyon dollar (7,77%) azdır.
Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.
AMB aprelin 6-da valyuta hərracında banklara 29,6 milyon dollar satıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026