Bu ay BTC boru kəməri ilə 125 min ton Qazaxıstan nefti nəql olunacaq - Nazir

15:16 - 7.04.2023


7 aprel, Fineko/abc.az. Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib.

ABC.AZ xəbər verir ki, iclasda Azərbaycan energetika naziri Pərviz Şahbazov çıxış edərək bildirib ki, bu ay Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton Qazaxıstan neftinin nəqlinin planlaşdırıldığını bildirib.

P.Şahbazov bildirib ki, Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə ölkələrimiz arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə Hökumətlərarası Komissiya vasitəsilə töhfələrimizi və yeni əməkdaşlıq imkanlarını müzakirə etdik.