17:26 - 14.03.2023
14 mart, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin əməkdaşları Qobu qəsəbəsində yerləşən "VMF Natural Frequencies" saat fabrikində olub.
ABC.AZ xəbər verir ki, müəssisə ilə tanışlıq çərçivəsində fabrikin fəaliyyətinə və inkişaf ehtiyaclarına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda 17 nəfər işçisi olan fabrikdə klassik, idman üslublu saatlar və uşaq saatları istehsal olunur. Müəssisədə ay ərzində 900-1200 saat istehsal edilir.
2022-ci ildən etibarən isə fabrikdə gün eynəklərinin istehsalına başlanılıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026