16:25 - 14.03.2023
14 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 12,7 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% az sənaye məhsulu istehsal edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 0,9 % artıb.