12:21 - 7.03.2023
7 mart, Fineko/abc.az. Adambaşına sərmayələr baxımından ən kasıb rayonlarda vəziyyət heç də ürəkaçan deyil.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, ölkə üzrə yatırımların adambaşına düşən orta məbləği 1 800 manatdır.
Amma ayrı-ayrı rayon və şəhərlərdə bu məbləğ kəskin fərqlənir.
Belə ki, Azərbaycanda cəmi 18 şəhər və rayonda adambaşına yatırımlar 1000 manatan artıqdır. Qalan 55 rayon və şəhərdə məbləğlər daha aşağıdır. 43 rayonda adambaşına yatırımlar 500 manatdan aşağıdır. 33 rayonda isə admmbaşına yatırımlar 300 manatdan da azdır.
Azərbaycanın adambaşına düşən investisiyaların həcminə görə ən kasıb rayonlarında isə bu məbləğ ümumiyyətlə 100 manatdan da azdır.
Siyahıda yer alan 14 rayondan biri hələ də işğal altında olan Xocalı rayonudur – adambaşına 18 manat. Amma məsələn, Gədəbəy rayonunda sərmayə qoyuluşu ilə bağlı vəziyyət Xocalıdan o qədər də fərqlənmir – 31 manat. Yardımlı, Göyçay, Saatlı və Lerikdə də adambaşına illik yatırımların həcmi 100 manatdan aşağıdır.