Azərbaycana dəstəyimizi davam etdirəcəyik - Avropa İttifaqı səfiri

10:32 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Avropa İttifaqı Azərbaycanın həm təhsil sisteminə dəstək göstərir, həm də tələbələrin məşğulluğu üçün müəyyən işlər görür.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan insan kapitalı icmalı" adlı tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko deyib.

O qeyd edib ki, təmsil etdiyi ali qurumunun Azərbaycana dəstəyi bununla yekunlaşmır.

"Biz Azərbaycana  pensiya sistemi ilə bağlı tövsiyə xarakterli dəstəyimizi göstəririk. Həmçinin biz burada əlillikləri olan insanlara kömək etməkdəyik. Biz onların gələcəkdə cəmiyyətə inteqrasiyası üçün işlər həyata keçiririk. Bununla yanaşı Azərbaycan üçün daha dayanıqlı səhiyyə sistemini də unutmuruq və burada da biz dəstəyimizi əsirgəmirik. Xüsusi ilə qeyd edim ki, biz öz dəstəyimizi Azərbaycandan heç vaxt əsirgəməmişik və bu siyasətimiz davam edəcək" deyə səfir bildirib. COVİD 19 infeksiyasına toxunan səfir bildirib ki, bu təhlükə hələ tam sovuşmayıb. "Ümid edirik ki, gələcəkdə COVİD 19 təhlükəsi olmayacaq, amma bütün hallarda buna hazır olmaq lazımdır", - deyə P.Mixalko bildirib.

Müəllif: Elmir Murad