Sumqayıt Kimya Sənaye Parkının rezidenti Amerikaya ixraca başlayıb

10:14 - 22.02.2023


22 fevral, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin ixrac coğrafiyası genişlənir.

İZİA-dan ABC.AZ-a daxil olan məlumata görə, şirkət tərəfindən ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (Miçiqan ştatına) aqrotexnikalar üçün ehtiyat hissənin (yedək parça) ixracı həyata keçirilib.

Bu ölkəyə ilkin mərhələdə 36,3 ton məhsul göndərilib.

Qeyd edək ki, "Azertexnolayn" MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir.