14:33 - 20.02.2023
20 fevral, Fineko/abc.az. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə şəhər sakini olan bir nəfərin bank hesabından 1000 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.
ABC.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Şahin Müslümoğlu müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.