14:49 - 10.02.2023
10 fevral, Fineko/abc.az. Vergi yığımı sahibkarın biznesinin uğurudur.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" konfransında çıxış edəkən bildirib.
Onun sözlərinə görə, vergi sisteminə bərabər yanaşma yoxdursa, bu, iqtisadiyyatın kökünü dağıdan yanaşmadır.
"2022-ci ilin ən əsas xüsusiyyəti budur ki, neft və qaz qiymətlərinin müsbət dinamikasına baxmayaraq dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorundan əldə edilib. İkincisi, qeyri-neft ixracının artım trayektoriyasının davam etdirilməsidir. Biz hələ də istənilən mütləq rəqəmlərdən uzağıq. 3 mlrd. dollar rəqəmini keçmişik. Lakin bu bizim ümumi ixracımızla müqayisədə böyük rəqəm deyil. Eyni zamanda, biz dinamikaya baxdıqda 3 il öncə 1,7 milyard dollardan danışırdıq. Hədəfimiz yüksək templə davam etdirməkdir. Burdan xidmətlərin ixracına daha çox diqqət verməyimiz bizim müvafiq iqtisadi siyasətimizdə öz əksini tapır", - deyə Mikayıl Cabbarov əlavə edib.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026