12:13 - 10.02.2023
10 fevral, Fineko/abc.az. “Yahoo” “AdTech” bölməsində kütləvi restrukturizasiya işləri həyata keçirəcəyini açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu işlər bir il ərzində aparılacaq.
Şirkət bununla yanaşı işçilərinin 20%-ni işdən çıxaracağını da açıqlayıb.
Belə ki, “Axios” yazır ki, söhbət ümumilikdə 1600 nəfərin işdən çıxarılmasından gedir.
Şirkətin baş direktoru Cim Lanzon ixtisarların maliyyə çətinlikləri ilə bağlı olmadığını vurğulayıb. Bu, gəlir gətirməyən reklamların avtomatlaşdırılması şöbəsinə və bütövlükdə şirkətin gəlirliliyinə fayda gətirməli olan strateji bir qərardır.
Şirkət həmçinin nəşriyyatların reklam yerlərinin satışını avtomatlaşdıra biləcəyi SSP platformasını da bağlayacaq və “Gemini”nin yerli kontekstli reklam həllini mərhələli şəkildə ləğv edəcək.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026