10:02 - 31.01.2023
31 yanvar, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya iqtisadiyyatı ilə bağlı növbəti iki il üçün proqnozunu yaxşılaşdırıb, ABŞ üçün isə 2024-cü il üçün proqnozuni 0,2 faiz bəndi aşağı salıb.
ABC.AZ fondun proqnozlarına istinadən xəbər verir ki, Rusiyada iqtisadi tənəzzül 2022-ci ildə proqnozlaşdırılan 3,4% yox 2,2% səviyyəsində olub.
BVF 2023-cü ildə Rusiya iqtisadiyyatının (ümumi daxili məhsulunun - ÜDM) 0,3% artacağını proqnozlaşdırır ki, bu da ötən ilin oktyabr ayı proqnozundan 2,6 faiz bəndi yaxşıdır.
Proqnoza görə, 2024-cü ildə Rusiya iqtisadiyyatı 2,1% artacaq, bu, eyni dövr üçün oktyabr ayı proqnozundan 0,6 faiz bəndi yaxşıdır.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026