10:13 - 16.01.2023
16 yanvar, Fineko/abc.az. Qazaxıstanın Aktau bölgəsində Azərbaycanlı İş Adamları Birliyinin yaradılması olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun binasında yerli Azərbaycan icmasının üzvləri və azərbaycanlı iş adamları ilə keçirilən görüşdə müzakirə aparılıb.
Mangistau Xalq Assambleyası sədrinin müavini, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Şəmsəddin Hüseynov Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı vəzifəsini icra edən Elçin Məmmədovu iştirakçılara təqdim edib.
Sonra Elçin Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan ilə əlaqələrin inkişafına xüsusi önəm verir.
O, Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı səfərləri, keçirdikləri görüşlər barədə geniş məlumat verib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026