17:01 - 22.12.2022
22 dekabr, Fineko/abc.az. Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli prezidentin Naxçıvanda səlahiyyətli nümaynədəsi təyin edilib.
ABC.AZ xəbər verir ki, yeni təyinat alan Fuad Nəcəfli “Paşa Holdinq”in keçmiş əməkdaşıdır.
O bu vəzifəyə qədər “Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının üzvü olaraq çalışıb.
2016-2019-cu illərdə isə “Generalplan Avstriya” şirkəti nümayəndəliyinin rəhbəri olub.
F.Nəcəfli 2013-2015-ci illərdə PMD Group MMC-də Əməliyyat Meneceri, 2011-2013-cü illərdə isə PAŞA Holding MMC-də audit meneceri vəzifəsində işləyib.
Fuad Nəcəfli 206-2011-ci ilə qədər isə “PAŞA Sığorta” ASC-nin Baş Əməliyyat Direktoru vəzifəsində çalışıb.
30 İyul 2026
28 İyul 2026