Naxçıvanla bağlı maraqlı statistika- İqtisadiyyatı böyüyüb

16:32 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. Naxçıvan muxtar respublikada 2022-ci ilin yanvar-noyabr aylarında 2 milyard 743 milyon 538 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub.

ABC.AZ xəbər verir ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,7 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 5911,5 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-noyabr aylarında 1 milyard 26 milyon 196 min 200 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.