Bu tarixədək Ağdam və Füzuli şəhərləri yenidən qurulacaq

12:08 - 19.12.2022


19 dekabr, Fineko/abc.az. Azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərini dəstəkləmək üçün hökumətin bütün zəruri suvarma və su idarəetmə sistemlərinə sərmayə qoyduğunu bildirib.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Beynəlxalq Hava Limanında görülmüş işlər və qarşıda duran planlar barədə brifinqdə söyləyib.

“2026-cı ilə qədər əsas hədəf Ağdam və Füzuli şəhərlərini və 32 kəndi yenidən qurmaqdır. Bundan əlavə, Hadrut, Tuğ və Suqovuşan kimi 3 potensial turizm istiqaməti inkişaf etdiriləcək. Birinci mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkün öz ata-baba yurdlarına köçürmək və orada insanların firavan yaşamalarını təmin etmək əsas məqsədlərimizdən biridir”- deyə E.Hüseynov bildirib.