11:02 - 12.12.2022
12 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Qazaxıstanda ümumi daxili məhsul (ÜDM) istehsalı 2,7% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın baş naziri Əlixan Smailov hökumətin geniş iclasında bildirib.
“Bu ilin yanvar-noyabr aylarında Qazaxıstan iqtisadiyyatının artım tempi 2,7% təşkil edib",- deyə baş nazir deyib.
Smailovun sözlərinə görə, Qazaxıstan hökuməti 2023-cü ildə respublikanın ÜDM-nin artımının ən azı 4% olacağını planlaşdırır.
Milli Bankın proqnozlarına görə, Qazaxıstanın bu il ÜDM artımı 2-3% diapazonunda olacaq. Qazaxıstanın ÜDM-i 2021-ci ildə 4% artıb. 2020-ci ildə ölkədə ÜDM 2,6% azalıb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026