15:44 - 9.12.2022
9 dekabr, Fineko/abc.az Azərbaycanda əmək müqavilələrinin sayı dekabrın 1-nə 1 741 468 olub.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Qeyd edilib ki, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 339 553 vahid yaxud 24,2 % artım deməkdir.
Məlumata görə, bu, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması”, şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində mümkün olub.
Belə ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 572 vahid artaraq 827 494 təşkil edib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026