12:19 - 9.12.2022
9 dekabr, Fineko/abc.az Azərbaycanda müavinətlərin növləri artırılır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi məişət şəraitinin dəstəklənməsi üçün müavinət müəyyənləşir.
Layihəyə görə bu müavinətin təyin olunması şərtləri də müəyyənləşir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət işğaldan azad edilmiş ərazilərdə işləmək üçün ən azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda təyin olunacaq.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026