17:14 - 7.12.2022
7 dekabr, Fineko/abc.az. Bundan sonra Azərbaycanın digər bölgələrindən Naxçvan Muxtar Respublikasına göndərilən yüklər gömrük rüsumuna cəlb edilməyəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Naxçıvan baş idarəsindən bildirilib.
İlk baxışdan qəribə görünsə də, indiyədək Naxçıvan Muxtar Respublikasına Azərbaycanın digər bölgələrindən, o cümlədən Bakıdan göndərilən yüklər – xarici ölkələrdən gətirilən yüklər kimi gömrük rüsumuna və vergiyə cəlb edilirdi. Bunun nəticəsində Naxçıvanla tacarət münasibətləri quran şirkətlərin sayı çox az idi, eləcə də bəzi mallar, xüsusilə də bir sıra ərzaq məhsulları Naxçıvanda daha baha qiymətə satılırdı.
İndi isə bu qadağa ləğv edilib. Muxtar Respublikadakı gömrük xidmətindən bildirilib ki, artıq Azərbaycanın digər bölgələrindən istənilən şəxs Naxçıvana məhsul gətirə bilər və onlardan 1 manat da olsa vergi-rüsum tutulmayacaq.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026