12:30 - 7.12.2022
7 dekabr, Fineko/abc.az. Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqladığı məlumatlara görə, 2022-ci ilin ilk 11 ayında ABŞ və Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 2,4% artaraq 697 milyard 694 milyon dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, ABŞ, ASEAN və Avropa İttifaqı ilə birlikdə Çinin ilk 3 ticarət tərəfdaşı sırasında qalıb.
Çinin Baş Gömrük İdarəsinin məlumatlarına görə, yanvar-noyabr aylarında Çindən ABŞ-a ixrac illik müqayisədə 3,4% artaraq 535 milyard 995 milyon dollar təşkil edib. Çin ABŞ-dan isə 161 milyard 699 milyon dollarlıq mal idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.