10:07 - 16.11.2022
16 noyabr, Fineko/abc.az. "AzerGold" QSC 2021-ci ildə qızıl və gümüş satışından əldə etdiyi gəlirlərini açıqlayıb.
ABC.AZ Şirkətə istinadən xəbər verir ki, dövlət şirkəti 2021-ci ildə qızıl külçələrin satışından 107 milyon 514 min dollar, gümüş külçələrin satışından 3 milyon 334 min dollar, digər materialların satışından 1 milyon 226 min dollar gəlir əldə edib.
Ötən il şirkətin satışdan cəmi gəliri 112 milyon 74 min dollar təşkil edib.
Qeyd edək ki, "AzerGold" 2020-ci il də qızıl satışından 107 milyon 659 min dollar, gümüş satışından 2 milyon 545 min dollar olmaqla cəmi 110 milyon 204 min dollar cəmi gəlir əldə etmişdi.