17:29 - 14.11.2022
14 noyabr, Fineko/abc.az. 2022-ci il noyabr ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6 faiz artaraq 705 min 61 olub.
ABC.AZ Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, yanvar-oktyabr ayları ərzində aktiv ƏDV ödəyicilərinin sayı 11,7 faiz artıb və 38 min 739 vahid təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 3,1 faiz artaraq 188 min 961-ə çatıb.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026