17:32 - 11.11.2022
11 noyabr, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləmək və istehsalla məşğul olmaq istəyən şirkət və sahibkarların sayı artmaqdadır.
ABC.AZ xəbər verir ki, Ağdamda yaradılan Sənaye Parkında fəaliyyət göstərmək üçün rezidentlik alan şirkətlərdən biri də «Eel Electric» MMC-dir.
Xatırladaq ki, «Eel Electric» MMC elektrik avadanlıqlarının istehsalı ilə məşğuldur.
Hazırda şirkətin Bakıdakı zavodunda 35 və 10 kilovoltluq, eləcə də 0,4 kilovoltduq paylayıcı qurğular istehsal edilir. Söhbət trasformator və yarımstansiyaların tikintisində istifadə olunan avadanlıqlardan gedir.