Türkiyədə illik inflyasiya artmaqda davam edir

12:00 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. 2022-ci ilin oktyabr ayında Türkiyədə illik inflyasiya 85,51 faiz olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin bugünkü hesabatında deyilir.

Hesabata əsasən, inflyasiya sentyabr ayı ilə müqayisədə 3,54 faiz, ötən ilin dekabrından bəri isə 57,8 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (117,15 faiz), ərzaq məhsulları (99,05 faiz) və ev əşyaları (93,63 faiz) bahalaşıb.

Qeyd edək ki, sentyabr ayında Türkiyədə illik inflyasiya 83,45 faiz təşkil etmişdi.