Ağdam Sənaye Parkında daha 4 subyektə rezident statusu verilib - Nazir

15:15 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, bununla da rezidentlərin sayı 11-ə çatıb.

"Ümumi investisiya həcmi 27 mln. manata yaxın olan 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq", - deyə nazir qeyd edib.