12:08 - 2.11.2022
2 noyabr, Fineko/abc.az. 1 iyul 2022-ci il tarixində Azərbaycanın dövlət büdcəsinə vergi borcları 2 milyard 290,9 milyon manat həcmində qiymətləndirilir, bu da 2021-ci ilin sonuna olan göstricidən 18% və ötən ilin iyun ayının sonuna olan göstəricidən 36,6% çoxdur.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2023-cü il dövlət büdcəsi layihəsi üzrə rəyində qeyd olunur.
Palatanın materiallarına əsasən, 1 iyul 2022-ci il tarixinə əsas vergi borcunun məbləği 1 milyard 507,8 milyon manat (1 iyul 2021-ci ilin göstəricisi ilə müqayisədə artım 36,8% - İF), maliyyə sanksiyaları – 265,7 milyon manat (+14,1%), penya – 517,5 milyon manat (+51,3%) təşkil edir.
Vergi borclarının strukturunda 2 milyard 124,4 milyon manat (+31,6%) və ya bütün borcların 92,7%-i qeyri-neft sektoru, 166.5 milyon manat (+ 2,6 dəfə) və ya 7,3%-i neft sektorunun payına düşür.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026