Növbəti ildən ərzaq məhsullarında bahalaşma qaçılmazdır - Ekspert    

14:05 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az “Növbəti ildən ərzaq məhsullarında bahalaşma qaçılmazdır. Biz bunu istehsal qiymətləri indeksində baş verən dəyişikliklərin təhlili zamanı da müşahidə etmiş olduq”.

ABC.AZ xəbər verir ki, bunu  iqtisadçı-ekpert Rəşad Həsənov növbəti ildə ərzaq məhsullarının qiymətində gözlənilən proqnozlardan danışarkən qeyd edib.

Ekspertin sözlərinə görə istehsalçı qiymətlər indeksi istehlak qiymətləri indeksi ilə müqayisədə daha çox artıb: “Bəzi məhsullar üzrə bir neçə dəfə fərq var və bunu yığılıb qalmış təzyiq kimi də qiymətləndirmək olar. Mərhələli şəkildə bu təzyiq tranformasiya olunacaq istehlak qiymətləri indeksinə, yəni bazarda satış qiymətlərində öz əksini tapacaq. Bu, ən mühüm faktordur. Hətta bütün şərtlər dəyişməsə, sabit qalsa, 2023-cü il ərzaq məhsullarında təkliflə bağlı problem, FAO-nun belə xəbərdarlığı var. Eyni zamanda Ukrayna-Rusiya konfliktinin həlli ilə bağlı gözləntilər aşağı düşüb. Bu da hər iki ölkənin dünya ərzaq təchizatı zəncirində iştirakçılığı imkanlarını məhdudlaşdıracaq”.