14:55 - 6.06.2018
6 iyun, Fineko/abc.az. Sabah, iyunun 7-də Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu Abşeronda gecə 17-19, gündüz 27-32, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcəyə yüksələcək.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 40-45% təşkil edəcək.
Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 7-də gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026