10:28 - 27.10.2022
27 oktyabr, Fineko/abc.az. Rusiyada illik ifadədə inflyasiya oktyabrın 24-də bir həftə əvvəlki 13,1%-dən 12,88%-ə enib.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Oktyabrın 18-dən 24-dək Rusiyada həftəlik inflyasiya 0,08 faizə çatıb. Qeyd olunur ki, ərzaq məhsulları seqmentində qiymətlər əsasən meyvə-tərəvəz istehsalının mövsümi artımı hesabına 0,15% artıb.
Qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib.
Sosial-iqtisadi inkişaf proqnozuna görə, Rusiya Federasiyasında bu il inflyasiya 12,4% təşkil edəcək, 2023-cü ildə 5,5%-ə qədər yavaşlayacaq və 2024-2025-ci illərdə 4%-lik hədəfə qayıdacaq.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026