10:51 - 25.10.2022
25 oktyabr, Fineko/abc.az. Azərbaycan hökuməti gələn il fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 1 milyard 680 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.
Bildirilir ki, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,1 % çoxdur.
2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir.
Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.