Britaniya şirkəti Zəngilanda qızıl axtarışına başladı

11:28 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. Böyük Britaniyanın Anglo Asian Mining PLC şirkəti Zəngilan rayonundakı Vejnəli qızıl yatağında intensiv kəşfiyyat işlərinə başlayıb.

ABC.AZ xəbər verir ki, bunu AAM Azərbaycanın maliyyə direktoru İlham Xəlilov bildirib.

“Zəngilan rayonu erməni işğalından azad edildikdən sonra biz Vejnəli yatağında kəşfiyyat işlərinə başladıq.  Düşərgə (camp - IF) artıq quraşdırılıb.  Biz də artıq dörd illik kəşfiyyat proqramını Azərbaycan hökumətinə təqdim etmişik”, - Xəlilov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ərazinin minalardan təmizlənməsi ilə paralel olaraq intensiv kəşfiyyat işləri aparılacaq.  Bunu nəzərə alaraq, Xəlilov qeyd edib ki, şirkətin hələlik yatağın böyük bir hissəsinə çıxışı yoxdur.