11:43 - 19.10.2022
19 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ölkədəki bahalaşma ilə bağlı ekspert Natiq Cəfərli açıqlama verərək vəziyyətlə bağlı həyəcan təbili çalıb.
ABC.AZ xəbər verir ki, ekspert inflyasiya ilə mübarizə üsullarına da diqqət çəkib və təkliflərini bildirib:
"Burada mübarizə üsullarından biri orta və uzunmüddətli yerli istehsalın artırılmasıdır. Təəssüf ki, bununla bağlı ciddi irəliləyişlər görmürük. Amma qısamüddətli, hətta bir günün içində vəziyyətə təsir edə biləcək addımlar da var. Bu da ərzaq məhsulları, dərman pereparatları ilə bağlı vergi və gömrük güzəştləridir. Azərbaycan hökumətinin büdcə parametrlərinə baxanda görürük ki, indiki əlavə dəyər vergisini ərzaq məhsullarından azalda bilər. Məsələn, bu vergi 18 %-dən 2%-ə qədər endirə bilər. Yəni, 16% əlavə dəyər vergisinin azaldılması qiymətlərin tənzimlənməsində mühüm rol oynaya bilər. Demək olar ki, Azərbaycanda dərman istehsalı yox səviyyəsindədir və 96% idxaldan asılıyıq, sadəcə 4% yerli istehsaldır. Burada da əlavə dəyər vergisi və gömrük rüsumları ləğv edilə bilər. Bu da qiymətlərin tənzimlənməsinə, əhalinin dolanışığına müsbət təsir göstərən amilə çevrilə bilər".