11:51 - 17.10.2022
17 oktyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 98,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artım qeydə alınıb.
Əlavə dəyərin 52,2 faizi sənaye, 7,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,0 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrində, 14,2 faizi isə digər sahələrdə istehsal edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil edib.
Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM 9748,9 manata bərabər olub.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026