09:59 - 13.10.2022
13 oktyabr, Fineko/abc.az. Bakıda məşhur restoranın müştəriləri yeyib-içdikdən sonra dava ediblər.
ABC.AZ-ın məlumatına görə, hadisə ötən gecə saat 01:00 radələrində Səbail Puşkin küçəsində yerləşən “Mama-Jan” restoranın qarşısında baş verib.
39-cu Polis Bölməsinə gətirilən şəxslər orda nalayiq hərəkətlər edərək özlərini apara bilməyiblər.
Onların izahatı alındıqdan sonra məhkəməyə göndəriliblər.
Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iki nəfərə 8 sutka inzibati həbs cəzası verilib, bir nəfərə isə 150 manat cərimə kəsilib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026