15:23 - 10.10.2022
10 oktyabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1963 sahibkara 90,2 milyon manat, o cümlədən 1953 kiçik və orta həcmli layihəyə 62,8 milyon manat güzəştli kredit verilib.
ABC.AZ-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu kreditlər hesabına 2100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.
Güzəştli kreditlərin 68,8%-i aqrar sektor-un, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026