11:33 - 7.10.2022
7 oktyabr, Fineko/abc.az. Argentinada inflyasiya ilin sonunda 100,3%-ə çata bilər.
ABC.AZ xəbər verir ki. bu proqnozu Respublika Mərkəzi Bankının sorğusunda iştirak edən ekspertlər səsləndirib.
“Sentyabrın sonunda, ekspertlər inflyasiyanın 100,3%-ə çatacağını proqnozlaşdırdılar (son sorğu zamanı nəzərdə tutulduğundan 5,3 faiz bəndi çox)”,- Mərkəzi Bankın oktyabrın 6-da dərc etdiyi hesabatda deyilir.
Ekspertlərin fikrincə, 2023-cü ildə qiymət artımı 90%-i, 2024-cü ildə 60%-i keçə bilər. Eyni zamanda, analitiklər bu il ölkədə ÜDM artımının 4,1% olacağını proqnozlaşdırırlar.
Avqust ayına olan məlumata görə, Argentinada illik inflyasiya 78,5% təşkil edib.
Cənubi Amerika Respublikasının hökuməti bu il qiymət artımının 38%-dən 48%-ə qədər olacağını proqnozlaşdırmışdı.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026